“Rəvan” daha bir oyun keçirəcək

“Rəvan” daha bir oyun keçirəcək

Yeni mövsümə hazırlığın ikinci mərhələsini Sloveniyada keçirən "Rəvan” çalışmalarına ara vermir. Gündə 2 dəfə məşq edən komandada bu qrafik yalnız oyun günləri pozulur. Artıq ilk yoxlama oyununda "Aluminiy” ilə 1:1 oynayan "Rəvan” sabah ikinci hazırlıq matçını keçirəcək.

Xəbər verdiyimiz kimi, minimum 3 oyunun keçirilməsi dəqiqləşmişdi. Dördüncü görüş üçün isə danışıqlar gedirdi. Artıq danışıqlar uğurla nəticələnib və komanda Sloveniya toplanışı ərzində ikinci oyununu keçirəcək. Rəqib isə Serbiya Superliqasının təmsilçisi "Donyi Srem” olacaq.

1927-ci ildə "Borats Peçintsi” adı altında yaradılan, sonradan adını "Donyi Srem”ə dəyişən komanda 2009-cu ildən inkişafdadır. Bunun da məntiqi nəticəsi olaraq kiçik Peçintsi rayonunun komandası hazırda Serbiya elitasının üzvüdür. Son mövsümü 16 komanda arasında 11-ci sırada bitirən "Donyi Srem” həm də feyr-pley mükafatının sahibi olub.

Qeyd edək ki, Serbiya təmsilçisi ilə oyun Slovenqradda baş tutacaq və yerli vaxtla saat 18:00-da başlayacaq.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər