Rəşad Abdullayevdən qalmaqal yaradacaq hərəkət

Rəşad Abdullayevdən qalmaqal yaradacaq hərəkət
"Biz oyunda qələbə qazanmağı hədəfləmişdik. Oyundan öncə sizin saytınıza açıqlamamda demişdim ki, bu oyunda qələbə qazanıb, dirçəlməliyik. Amma olmadı. Hesabda önə keçsək də, bunu sona qədər qoruyub, saxlaya bilmədik. Və bu səbəbdən çox əsəbi idim. Oyun getmirdi. Biz “Sumqayıt”dan çox güclü komandalara, “İnter” və “Bakı”ya qarşı daha yaxşı mübarizə aparmışdıq”. Fanat.az xəbər verir ki, bu sözləri “Rəvan”ın futbolçusu Rəşad Abdullayev deyib.
Dünən "Sumqayıt"la baş tutan oyundla əvəzləndikdən sonra baş məşqçi Şahin Diniyevlə görüşməyən Abdullayevin bu hərəkəti müzakirə mövzusuna çevrildi. Görəsən, Rəşad münasibəti yaxşı olan baş məşqçiyə qarşı niyə belə edib: “Yox, burada belə bir problem yoxdu. 4-cü hakim tablonu qaldıranda mən skamyaya yaxın yerdə idim. Elə ordan çıxıb, gəlib oturdum. Amma Şahin müəllimlə görüşdüm. Mən məyus idim, Diniyev özü gəldi. Bu məsələni böyütməyə ehtiyac yoxdu".
Qeyd edək ki, “Rəvan” - “Sumqayıt” oyunu 1:1 hesabı ilə başa çatdı.
futbol11.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər