Avropa çempionatının elit mərhələsinə vəsiqə qazanan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının rəqibləri dekabrın 3-də müəyyənləşəcək. Fanat.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutacaq. Mərasim Bakı vaxtı ilə saat 13.00-da başlayacaq.
Elit mərhələdə 32 komanda mübarizə aparacaq. Onlar 8 qrupa bölünəcək. İlk iki pilləni tutan 16 komandadan Bolqarıstanda baş tutacaq 15-i final mərhələsinə yüksələcək. Ən zəif nəticəyə malik ikinci yer sahibi isə mübarizəni dayandıracaq.
Fanat.az