Ramin Musayevi razı salmayan nədi?

Ramin Musayevi razı salmayan nədi?

“Berti Foqtsun postunda qalıb-qalmamasına mən qərar verməyəcəm. Bildiyiniz kimi, İcraiyyə Komitəsinin sabahki iclasında səsvermə nəticəsində məsələyə aydınlıq gələcək”.  Bu sözləri Fanat.az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Qurum başqanı alman çalışdırıcının çempionat matçlarını müntəzəm izləməli olduğunu qabardıb: “Açığı, Foqtsun yığmada yaratdığı nizam-intizamdan razıyam. Millidə sabitlik yarada bilib. Amma qalacağı dəqiqləşsə, gərək Azərbaycanda daha çox vaxt keçirməyə razılaşsın. Yığmada “yeni qan”a ehtiyac var. Müdafiə, yarımmüdafiə və hücumda rəqabət yarada biləcək yeni namizədlər müəyyənləşdirilməli, komandaya cəlb olunmalıdı. Alman mütəxəssis bir gündə 5 qarşılaşmaya baxa bilməz. Bu mənada yalnız onu qınamaq fikrindən uzağam. Heç olmasa, hər turun bir oyununa baxsın, qalan qarşılaşmalara da köməkçilərini göndərsin. Seleksiya işi uğurla aparılsa, nəinki elitadan, 1-ci diviziondan da yaxşı futbolçular tapmaq olar. Limit tətbiq ediləndən sonra 17-18 yaşlı gənclər aşağı liqada müntəzəm oynayır. Nəzarətdə saxlamaq, səviyyələri ilə maraqlanmaq lazımdı. Yığmanın seleksiyaçılarının hazırda gördüyü iş şəxsən məni razı salmır”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər