Ramal Hüseynov "Bucaspor"da

Ramal Hüseynov "Bucaspor"da
Türkiyənin "Bucaspor" klubu "Qaradağ Lökbatan"ın futbolçusu Ramal Hüseynovu baxışa çağırıb.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə klubun mətbuat xidməti Timur Yaykıran  jurnalistlərə açıqlamasında deyib. O, azərbaycanlı oyunçunu bir müddət sınayacaqlarını bildirib.
Qeyd edək ki, son mövsümü  "Qaradağ Lökbatan"da keçirən 29 yaşlı R.Hüseynov Türkiyənin 2008/2009 mövsümündə "Kocaelispor" komandasında çıxış edib.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər