Rail çalışır, Niasse qayıdır, Ürfan isə...

Rail çalışır, Niasse qayıdır, Ürfan isə...
Premyer Liqanın XIII turunun "Xəzər-Lənkəran"la oyunu "Qəbələ" üçün 2 futbolçusunun - İbrahima Niasse və Ürfan Abbasovun zədələnməsi və bu səbəbdən oyunu davam etdirə bilməməsi ilə yadda qalıb. Fanat.az xəbər verir ki, matçın ardından müayinədən keçən futbolçuların durumuna aydınlıq gəlib. 
Bu barədə gabalafc.az məlumat verən komandanın həkim-fizioterapevti Rahim Məhərrəmov Niassenin zədəsinin yüngül olduğunu, amma Ürfanın bir müddət yaşıl meydanlardan kənar qalacağını söyləyib. Məhərrəmov bərpa prosesi keçən digər zədəlilərin də durumuna aydınlıq gətirib: "Müayinələrdən sonra məlum oldu ki, Niassenin zədəsi yüngüldü. O, növbəti oyunda iştirak edə bilər. Amma Ürfan Abbasovun durumu ciddidi. Onun topuq bağları qopub. Abbasov 4 həftə yaşıl meydanlardan kənar qalacaq. Əməliyyata ehtiyac olmasa da, bərpa prosesi bir ay çəkəcək. Omar Kalabane və Abdulvahid Afolabinin zədələri artıq sağalıb. Rail Məlikovun bərpa prosesi isə davam edir. O, fərdi çalışmalarla məşğul olur".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər