“Oyun çox yüksək tempdə keçdi. Belə oyunlar çox olsa, futbolumuz inkişaf edər”. Fanat.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”ı səfərdə 3 cavabsız qolla yenən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Darmadağına sevinən çalışdırıcı rəqibin ünvanına xoş sözlər deməyə çalışıb: “Məğlub olmasına baxmayaraq, meydan sahibləri yaxşı oyun göstərdilər. İnanıram ki, zaman keçdikcə daha yaxşı yerlərə gələcəklər. Hər iki komanda mübarizə apardı. Bizdə istək daha çox idi”.
Fanat.az