Qurban Qurbanov "Qəbələ" ilə oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi oyundan razı qaldığını deyib:
"Oyundan çox razı qaldım. Məğlub olmağımıza baxmayaraq, istədiyim oyunu meydançada gördüm. Bəzən məğlub olduğum oyunlardan daha çox razı qalıram, nəinki qalib gəldiyimiz oyunlardan. Biz güclü komandaya qarşı oynayırdıq. "Qəbələ"ni təbrik edirəm".
Fanat.az