Qurban Qurbanov: "Daha çox qol vura bilərdik"

Qurban Qurbanov: "Daha çox qol vura bilərdik"
Qurban Qurbanov "Sumqayıt"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi daha böyük hesablı qələbə qazana biləcəklərini deyib:
"İlk hissədə oyunumuz yaxşı alınmadı. İkinci hissədə daha yaxşı oynadıq, üç qol vurub qalib gəldik. Daha çox qol vura bilərdik, qol epizodlarımız oldu. Hava şəraiti də oyunumuza təsirsiz ötüşmədi. Süni örtüklü olmasına baxmayaraq, meydançanın vəziyyəti yaxşı idi. "Sumqayıt" stadionda çox yaxşı şərait yaradıb".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər