Qurban Qurbanov nədən razı, nədən narazı qaldı?

Qurban Qurbanov nədən razı, nədən narazı qaldı?
Qurban Qurbanov AZAL-la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın  baş məşqçisi komandasının yaxşı oynadığını deyib: 
"Oyun ümumilikdə maraqlı keçdi. Meydanın hər yerində mübarizə gedirdi. AZAL bizim üçün çətin rəqibdi. Qol vurmaq şanslarımız oldu. AZAL belə oynasa bütün rəqiblərimizdən xala ala bilər. Hesab bərabərləşdikdən sonra rəqibin cərimə meydançasında olmağa çalışdıq. Komanda yaxşı oynadı, dincəlib, qarşıdakı oyunlara yaxşı hazırlaşmaq üçün vaxtımız var. Qara Qarayevi oyuna daxil etdim ki, topa daha çox nəzarət edək. Bu cür rəqiblə oyunda qol buraxmamağa çalışmalısan. Vaqif Sadıqov bizim oyunumuzu daha yaxşı araşdırıb, biz buna hazır olmalıyıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər