İbrahim Şehiç "Qarabağ"da debüt edib. Fanat.az xəbər verir ki, bir müddət əvvəl Türkiyənin "Mersin İdman Yurdu"nda ayrılaraq ölkəmizə gələn bosniyalı qolkiper "Rəvan"la oyunda meydana ilk 11-likdə çıxıb.
Qeyd edək ki, Bosniya və Hersoqovina yığmasında 3 oyun keçirmiş İbrahim 2011-2013-cü illərdə "Mersin İdman Yurdu"nda çıxış edib. O, əvvəllər vətənində "Jelzejniçar"ın formasını geyinib.
Fanat.az