Dortmund “Borussiya”sının türk oyunçusu Nuri Şahin Çempionlar Liqasında bu gün qarşılaşacaqları “Arsenal”da çıxış edən Məsut Özil haqda danışıb. Fanat.az xəbər verir ki, oyun öncəsi mətbuat konfransında Nuri Özili tərifləyib: “Məsut mənim ən yaxın dostum olmaqla yanaşı, yüksək səviyyəli futbolçudu. Onun “Arsenal”da yeganə parlaq sima olduğunu demək səhv olar. Amma komandanın önəmli bir parçasıdı”.
Şahin yaxın dostuna qarşı oynamağın onun üçün elə də çətin olmayacağını qabardıb: “Oyun başladısa, deməli, kimə qarşı oynamaq artıq ikinci dərəcəlidi. Mən fərdi mübarizələrdə hər hansı çətinlik görmürəm. Əsas sistemə sadiq qalmaqdı”.
Fanat.az