Türkiyənin PTT liqasının lideri “Orduspor”unserb əsilli azərbaycanlı hücumçusu Branimir Subaşıç Saşa Yunisoğlu və Arif İsayevin çıxış etdiyi “Denizlispor”a qarşı keçirdikləri oyundan danışıb. Fanat.az Subaşiçin fikirləri ilə sizi tanış edir:
“3 xal qazandığımız üçün şadam. Oyun çox çətin alındı. Ancaq biz düzgün yoldayıq. Turnir cədvəlindəki birinci pillə bizi arxayın etməməlidi. Qarşıda hələ çox oyunlar var. Məni boğmağa hazırlaşan Saşa Yunisoğlunun sözlərinə gəlincə (gülür), o, yaxşı oğlandı və bilirəm ki, belə etməzdi. Saşa oyundan sonra görüşüb bir yerdə əyləşdik. “Denizlispor”a, xüsusən də Yunisoğlu və İsayevə uğurlar arzulayıram”.
Xatırladaq ki, Yunisoğlu oyunun gedişində top əlinə dəydiyi halda, boynuna almayan Subaşiçi boğmaq istədiyini söyləmişdi.
Fanat.az