İran Pro Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Traktorsazi" növbəti oyununa çıxıb.
Təbriz klubu doğma meydanda "İstiqlal"ı qəbul edib. Oyunun əvvəlində məğlub duruma düşən "Traktorsazi" 67-ci dəqiqədə bərabərliyi təmin edib və matç 1:1 hesabı ilə başa çatıb.
Bununla da təbrizlilər lider olmaq imkanını əldən verib. Çünki bu turda lider "Persepolis" xal itirib. "Fulad" isə qələbə qazanaraq ikinci pilləyə yüksəlib. Hazırda "Traktorsazi"nin aktivində 26 xal var və ilk iki pillədən cəmi 1 xal geri qalır.
Fanat.az