"Şuşa"nın adı Rusiya saytında təhrif olunub. Fanat.az xəbər verir ki, sportingbet.ru bukmeyker saytı erməni işğalı altında olan şəhərimizi təmsil edən klubun adını "Suza" kimi təqdim edib.
Belə ki, sayt bu gün baş tutacaq Azərbaycan I divizionunun iki matçına - MOİK - "Şahdağ" və "Şuşa" - "Rəvan" oyunlarına pul qoyuluşu qəbul edir. Bu zaman "Şuşa"nın adı səhvən "Suza" yazılıb.
Fanat.az