"Simurq"un Avstriyadakı iki rəqibi məlum oldu

"Simurq"un Avstriyadakı iki rəqibi məlum oldu

Təlim-məşq toplanışının ikinci mərhələsini başa vuran "Simurq" 3 günlük istirahətə buraxılıb. İyulun 12-də yenidən bir araya gələcək "Simurq" hazırlığı davam etdirmək üçün gecə saatlarında Avstriyaya yola düşəcək. İyulun 28-nə qədər orada qalacaq Zaqatala təmsilçisi Tirol şəhərində yerləşən "Kayzer" otelində məskunlaşacaq. 

Komanda təlim-məşq toplanışının üçüncü mərhələsi çərçivəsində dörd yoxlama görüşü keçirdəcək. "Simurq"un Avstriyadakı rəqiblərindən artıq ikisi mələmdur. Georgi Çixradzenin yetirmələri iyulun 16-da Yunanıstanın "Olimpiakos", 27-də isə Türkiyənin "Kayserispor" klubları ilə qarşılaşacaq.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər