Topaz Premyer Liqasının XI turunda "Simurq" "Neftçi"ni qonaq edəcək. Fanat.az xəbər verir ki, oktyabrın 27-də "Şəfa" stadionunda keçiriləcək qarşılaşmaya Zaqatala təmsilçisi hazırlıqları davam etdirir.
Dünən axşam saatlarında növbəti məşqinə çıxan "Simurq", iki saata yaxın davam edən çalışmalara qaçış və isinmə hərəkətləri ilə başlayıb. Bundan sonra taktiki və texniki təmrinlər yerinə yetirilib, ikitərəfli oyunun ardından qapıya zərbələr edilib. Bu gün axşam saatlarında növbəti məşqinə çıxacaq komandamız, hazırlıqları tamamlayaraq istirahətə çəkiləcək.
Heyətdə "Neftçi"ylə oyunöncəsidə zədəli və cəzalı futbolçuların çoxluğu məşqçilər korpusunu düşündürən məsələlərdəndir. Belə ki, qırmızı vərəqə cəzalıları Draqan Çeran, İlkin Qırtımov və İdan Vaytzman, sarı vərəqə limiti dolan Rəşad Eyyubovla yanaşı, zədəli Rövşən Əmiraslanov bu görüşdə forma geyinə bilməyəcək. Ötən tur oyunöncəsi məşqdə damarın dartan Dilaver Zrnanoviç "Neftçi"ylə oyunda komandasına kömək edə biləcək. Bosniyalı futbolçu artıq məşqlərdədə iştirak edir.
Fanat.az