"Simurq" "Simurq"u uddu

"Simurq" "Simurq"u uddu
"Simurq" mlli komandaların oyunlarına görə Topaz Premyer Liqasında yaranmış fasilə müddətində hazırlıqlarını doğma arenada davam etdirir. Fanat.az xəbər verir ki, növbəti turda "Sumqayıt"ın qonağı olacaq komanda dünən əvəzedici heyəti ilə ikitərəfli oyun keçirdib və görüşdən 3:0 hesabı ilə qalib ayrılıb. 
Stadionda görülən işlərə baxmaq üçün Zaqatalaya təşrif buyuran klub prezidenti Anar Bəkirovda əsas və əvəzedici heyətlər arasındakı qarşılaşmanı izləyib. Həmçinin icraçı direktor Vaqif Əliyev və menecer Zöhrab Əliyevdə oyunu tamaşa edib.   
İstirahətdən sonra gündə yetimələrinə iki məşq keçən məşqçilər korpusu bu gündən hazırlıqları bir məşqə keçirməyi planlaşdırır. Hazırda heyətdə zədəli və cəzalı futbolçuların olmaması onları "Sumqayıt"la oyunöncəsi sevindirən amillərdəndi. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər