Avstriyanın Tirol şəhərində yay təlim-məşq toplanışını davam etdirən “Simurq” klubu hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirəcək. Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşacaq Zaqatala təmsilçisinin oyunu bu gün Bakı vaxtı ilə 20:30-da başlayacaq.
Qeyd edək ki, mövsüm sonunda komandadan ayrılan Stepan Polyak yenidən “Simurq”un heyətinə cəlb olunub. Komandada daha bir yeni futbolçu isə Eudi Silva de Souzadır. Braziliyalı hücumçu haqqında son qərar yoxlama oyunundan sonra veriləcək.
İdman24.az