"Simurq" "Olimpiakos"a məğlub oldu

"Simurq" "Olimpiakos"a məğlub oldu

Avstriyada təlim-məşq toplanışı keçən "Simurq" ilk yoldaşlıq görüşünü keçirdib. Komanda son Yunanıstan çempionu "Olimpiakos"la üz-üzə gəlib. Qarşılaşmanın ilk dəqiqələri Zaqatala təmsilçisi üçün çətin keçdi. Rəqib müdafiə xəttində buraxılan səhvdən istifadə edərək oyunda hesabı açdı. Bundan sonra özünə gələn "sarı-qaralar" status-kvonu bərpa etmək üçün hücuma atıldı. İlk hissənin sonlarına yaxın bunun üçün gözəl imkan əldə etdi. Orxan Səfiyaroğlunun cinah ötürməsindən sonra "Olimpiakos"un müdafiəçisi cərimə meydançasında topa əllə toxundu və qarşılaşmanın baş hakimi penalti nöqtəsini göstərdi. Ancaq Taqim Novruzov bunun dəqiq yerinə yetirə bilmədi. İlk hissə Yunan klubunun üstünlüyü ilə başa çatdı.

Fasilədən sonra Zaqatala təmsilçisi hesabı bərabərləşdirməyi bacardı. Künç zərbəsindən sonra cərimə meydançasında yaranmış qatışıqlıqdan istifadə edərək futbolçular bu dəfə topu qapıdan keçirə bildi. Ancaq rəqib üstünlüyü əldən vermədi və az sonra yenidən hesabda irəli keçdi. Bundan sonra isə "Simurq"un hücumları heç bir fayda vermədi və qarşılaşma Yunanıstanı Çempionlar Liqasında təmsil edəcək "Olimpiakos"un 2:1 hesablı qələbəsi ilə başa çatdı.  

Yeni mövsümə hazırlığı davam etdirən Zaqatala təmsilçisi Avstriyada daha üç yoldaşlıq görüşündə gücünü sınaqdan keçirəcək.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər