"Simurq" hazırlıqlarını davam etdirir

"Simurq" hazırlıqlarını davam etdirir
"Simurq" yeni mövsümün hazırlıqlarının davam etdirir. İki məşqə çıxan komanda səhər çalışmasına fiziki gücün artırılması ilə başlayıb. Uzun məsafəli qaçış və isinmə hərəkətlərindən sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında "sarı-qaralar" tapşırıqları yerinə yetirib. Daha sonra isə taktiki və texniki çalışmalara keçirilib. Xüsusən hücum təşkili və sonuncu zərbələr üzərində məşq edilib.
Mövsümün sonunda müqaviləsinin müddəti bitdiyinə görə komanda ilə  yollarını ayıran Anderson Oliveyra məşqçilər korpusunun qərarı əsasında yenidən geri çağırılıb. Braziliyalı müdafiəçi bu gündən məşqlərə başlayıb. Yaxın günlərdə onunla yeni müqavilə imzalanacaq. 
Axşam məşqində isə "Simurq" sabahkı yoldaşlıq görüşünə hazırlıq çərçivəsində məşq edib. Qaçış və isinmə hərəkətlərindən sonra "kvadrat" oynanılıb. Sonda isə ikitərəfli oyunla hazırlıq tamamlanıb. 
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər