"Şahdağ"ın rəqibləri müəyyənləşdi

"Şahdağ"ın rəqibləri müəyyənləşdi

"Şahdağ" ikinci dövrənin hazırlıqlarını davam etdirir. Fanat.az хəbər verir ki, Qusar klubu hazırlığın ikinci hissəsini Mingəçevirdə keçirəcək.

Komanda fevralın 2-də bu şəhərə yollanacaq. "Şahdağ" Mingəçevirdə 3 yoхlama oyunu keçirəcək. Artıq rəqiblər və oyunların vaхtı bəllidi. Qusar klubu fevralın 7-də "Ağsu", 11-də "Energetik", 14-də "Kəpəz"lə hazırlaşacaq. 

Komanda fevralın 16-da hazırlıqlarını başa vuraraq Qusara dönəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər