"Rəvan"ın rəqibləri bilindi

"Rəvan"ın rəqibləri bilindi
Yeni mövsümə hazırlığını Sloveniyada davam etdirən "Rəvan”ın adıçəkilən ölkədə keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərinin adlarına aydınlıq gəlib. Belə ki, komandamız Mariborda ən azı 3 yoldaşlıq görüşü keçirəcək.
İlk oyun bu gün keçiriləcək. "Rəvan”ın ilk sparrinq-rəqibi yerli klublardan "Aluminiy” olacaq. Ötən mövsüm Sloveniya kubokunda yarımfinala yüksəlmiş Kidriçevo təmsilçisi ilə oyun yerli vaxtla saat 18:00-da başlayacaq.
Ardından iyulun 21-də Serbiya elitasının nümayəndəsi "Çukariçki” ilə matç olacaq. 3 gün sonra isə Türkiyə Superliqasının təmsilçisi "Karabükspor” rəqib qismində çıxış edəcək. Bu oyunlar da yerli vaxtla saat 18:00-da start götürəcək.
Onu da bildirək ki, komandanın Mariborda daha 1 yoxlama matçı keçirmək ehtimalı var. Bu yöndə danışıqlar davam etdirilir.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər