Milinko Pantiç "Rəvan"la oynula bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Bakı"ın serb baş məşqçisi rəqib oyunçulardan narazı qalıb:
"Biz hər oyunda qalib gəlmək istəyirik. Oyunun əvvəllərindən hiss olunurdu ki, rəqib oynamaq istəmir. "Rəvan"ın oyunçularının hərəkətlərinə görə utanırdım. Özlərini yerə yıxıb vaxtı uzadırdılar və hakim də buna göz yumurdu. Oyunçular hər yerə yıxılanda 5 dəqiqə yerdə qalırdılar. Oyun 120 dəqiqə davam etməli idi. Ümumilikdə 90 dəqiqənin 25 dəqiqəsini futbol oynadıq. Əslində hakimdən narazı deyiləm. Mən futbolu çox sevirəm və oyunçularıma belə etməyə icazə vermərəm. İspaniyada bir futbolçu başqa komandaya icarə əsasında veriləndə o, öz komandasına qarşı oynaya bilməz. Burda isə belə bir şey yoxdu".
Fanat.az