I divizionda IX turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə 4 matç baş tutacaq.
"Rəvan" səfərdə "Şuşa"nı 3:2 hesabı ilə yenib və ən azı bir günlük liderliyi ələ keçirib. "Ağsu" "Şəmkir"i darmadağın edib - 5:0. "Şahdağ" isə MOİK üzərində tək qolla qələbə qazanıb. "Zirə" - "Qaradağ Lökbatan" oyununda qalib müəyyənləşməyib. İki qolun vurulduğu oyun 1:1 hesabı ilə başa çatıb.
İkinci oyun günündə daha 3 matç baş tutub. "Neftçala" doğma meydanda "Energetik"i 3:0 hesabı ilə yenərək birinci pilləyə dönüb. "Turan Tovuz" səfər matçında "Göyəzən"i darmadağın edib - 5:0. "Kəpəz" isə rəqib meydanında "Lokomotiv"i 3:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, turun "Mil-Muğan" - "Bakılı" matçı qonaq komandanın oyunçuları çimərlik futbolu üzrə yığmamızın heyətində yer aldığı üçün təxirə salınıb. Qarşılaşma noyabrın 17-də baş tutacaq.
I divizion
2014/15 mövsümü
I dövrə, IX tur
30 oktyabr
MOİK - Şahdağ 0:1
Qollar: Elmar Yahyabəyov, 78.
Şuşa - Rəvan 2:3
Qollar: Xəzər Bağırov, 13-pen. Morteza Heydari, 63 - Əli Bağırov, 7. Əli Əliyev, 26; 56.
Ağsu - Şəmkir 5:0
Qollar: Tural Rzayev, 2. Natiq Kərimi, 24. Fərmayıl Əliyev, 69. Vurğun Həsənzadə, 78. Sadiq Ramazanov, 81-pen.
Zirə - Qaradağ Lökbatan 1:1
Qollar: Aslan Hüseynov, 80 - Rüfət Məmmədov, 90+4.
31 oktyabr
Göyəzən - Turan Tovuz 0:5
Qollar: Akif Tağıyev, 29; 61; 84. Qaqa Murtsxvaladze, 42; 66.
Neftçala - Energetik 3:0
Qollar: Məhəmməd Alıyev, 20-pen. Məhəmməd Xəlilov, 25. Ramil Mansurov, 74.
Lokomotiv - Kəpəz 1:3
Qollar: Rəşad Piriyev, 54-pen - Arzuman Nəsibov, 16. Ramil Həşimzadə, 75. Araz Mansurov, 90+3.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Neftçala | 9 | 7 | 1 | 1 | 21-3 | 22 | |
| 2 | Rəvan | 9 | 7 | 1 | 1 | 23-7 | 22 | |
| 3 | Turan Tovuz | 9 | 7 | 0 | 2 | 24-7 | 21 | |
| 4 | Qaradağ Lökbatan | 9 | 6 | 2 | 1 | 12-2 | 20 | |
| 5 | Ağsu | 9 | 6 | 1 | 2 | 20-9 | 19 | |
| 6 | Zirə | 9 | 4 | 3 | 2 | 13-6 | 15 | |
| 7 | Bakılı | 7 | 4 | 1 | 2 | 17-8 | 13 | |
| 8 | Şahdağ | 9 | 3 | 4 | 2 | 8-7 | 13 | |
| 9 | Kəpəz | 9 | 3 | 3 | 3 | 9-6 | 12 | |
| 10 | Şuşa | 8 | 3 | 1 | 4 | 12-7 | 10 | |
| 11 | Lokomotiv | 9 | 2 | 1 | 6 | 7-14 | 7 | |
| 12 | Mil-Muğan | 8 | 2 | 0 | 6 | 3-19 | 6 | |
| 13 | MOİK | 9 | 1 | 2 | 6 | 5-17 | 5 | |
| 14 | Energetik | 9 | 1 | 2 | 6 | 7-22 | 5 | |
| 15 | Göyəzən | 9 | 1 | 1 | 7 | 5-33 | 4 | |
| 16 | Şəmkir | 9 | 0 | 3 | 6 | 6-24 | 3 | |
|
Bombardirlər | Qalib Əmrahov (Ağsu), Asəf Zeynalov (Bakılı), Morteza Heydari (Şuşa), Aslan Hüseynov (Zirə), Rəşad Piriyev (Lokomotiv) - 6. İlham Allahverdiyev (Qaradağ L.) , Rəhman Musayev (Bakılı), , Ramil Əliyev (Bakılı) - 5. | |||||||
Fanat.az