"Rəvan"dan ayrıldı, Misir klubuna keçdi

"Rəvan"dan ayrıldı, Misir klubuna keçdi
"Rəvan"ın yayda heyətinə cəlb edib daha sonra yollarını ayırdığı Musa Kabirunun yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, Nigeriyalı futbolçu karyerasını Misir çempionatında davam etdirəcək. Belə ki, Musa bu ölkənin "El Qanah" klubu ilə anlaşıb.
Qeyd edək ki, nigeriyalı futbolçu "Rəvan"la müqavilə imzalamışdı. Lakin Misirdəki məlum qarışıqlığa görə, sənədləri gəlmədiyindən müqaviləsi klub rəhbərliyi tərəfindən pozulmuşdu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər