"Rəvan"da 3 qayıdış

"Rəvan"da 3 qayıdış
"Rəvan” Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Bakı” ilə qarşılaşdıqdan sonra komanda üzvlərinə 2 günlük istirahət verilmişdi. Fanat.az xəbər verir ki, şənbə və bazar günü dincələn futbolçular bu gün yenidən bir araya gəlib. 
Belə ki, "Rəvan” 12-ci turda üz-üzə gələcəyi "İnter”lə oyunun hazırlıqlarına start verib. Dünən "Bayıl Arena”da baş tutan məşqdə baş məşqçi Şahin Diniyev Tofiq Mikayılov istisna olmaqla, bütün yetirmələrinə tapşırıqlarını verə bilib. Çünki zədəli Elvin Həsənəliyevlə Sahib Savankulov, eləcə də son oyunu cəzalı olmasına görə buraxan Miloş Adamoviç komanda ilə hazırlıqlara qatılıb. Çalışmalar taktiki-texniki yöndə olub. Baş məşqçi yetirmələrinin topla rəftarının səviyyəsini yüksəltmək üçün müxtəlif təmrinlər həyata keçirib
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər