"Rəvan" tam heyətlə...

"Rəvan" tam heyətlə...
"Rəvan" "Neftçi" ilə oyununun hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, Şahin Diniyevin rəsmi debüt edəciyi matça hazırlıqlara nəzarət edir.
Həftənin əvvəlindən sırf "Neftçi" ilə oyunun hazırlıqlarına başlayan "aslanlar" intensiv qrafiklə çalışır. "Bayıl Arena"da keçirilən məşqlərdə artıq komandanın bütün üzvləri iştirak edir. Üstəlik, əvəzedici heyətdən Yamin Ağakərimzadə və Samir Əhmədov da əsas heyətə cəlb olunub. Belə ki, müxtəlif səbəblərdən vətələrinə yollanmış polşalı qapıçı Lukaş Sapela və tacik müdafiəçi Sahib Savankulov da artıq düşərgədədi. Futbolçular daha çox texniki-taktiki hazırlıqlarla məşğul olur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər