Həftəiçi Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək. Fanat.az xəbər verir ki, "Rəvan” I divizion təmsilçisi "Qaradağ"la qarşı-qarşıya gələcək.
Bakı klubu artıq oyunun hazırlıqlarına başlayıbö. Baş məşqçi Şahin Diniyev "Bayıl Arena"da yetirmələrinə taktiki-texniki hazırlıq keçir. Məşqlərdə Elvin Həsənəliyev və Tofiq Mikayılovdan başqa, hamı iştirak edir. "Qəbələ” ilə Topaz Premyer Liqasının son oyununda zədələnərək əvəzlənən Novruz Məmmədovun durumu da qənaətbəxşdi. Vitse-kapitan oyun saatına qədər tam sıraya dönməlidi.
Fanat.az