Premyer Liqada qış fasiləsi yaranmadan "Rəvan" bir futbolçusu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, Bakı klubu isveçli forvardı Sebastian Kastro-Tello ilə vidalaşıb.
Bir müddət əvvəl uşağı dünyaya gələn və bu səbəbdən vətəninə yollanan futbolçu Bakıya dönməyib. Klub rəhbərliyi hər dəfə onunla əlaqə saxlayanda problemlərinin olduğunu və yubanacağını bildirib. Sonda "səbr kasası daşan" "Rəvan" rəhbərliyi Tellonun müqaviləsini pozmaq qərarına gəlib.
Qeyd edək ki, yayda İsveçin "Hammarbü" klubundan transfer olunan Tello "Rəvan"da 9 oyuna çıxıb və 2 qol vurub.
Fanat.az