"Rəvan" artıq Sloveniyadadır

"Rəvan" artıq Sloveniyadadır
Yeni mövsüm üçün çalışmalarına davam edən "Rəvan” hazırlığın ikinci mərhələsi çərçivəsində artıq Sloveniyadadır. 29 nəfərlik komanda heyətində 18 futbolçu yer alıb.
Komanda iyulun 14-də Bakı vaxtı ilə saat 18:00-da uzun yolçuluğa start verdi. 4 saatlıq təyyarə uçuşundan sonra Avstriyanın paytaxtı Vyanaya çatan heyət üzvləri Motsart, Bethoven və s. kimi dahilərin vətənində bir qədər dincəldikdən sonra hazırlığın baş tutacağı Mariborun yolunu tutdu. Sloveniyanın adıçəkilən şəhərinin komanda üçün baza kimi nəzərdə tutulan hissəsinə - "Draş Center Hotel”ə isə yerli vaxtla saat 00:00-da çatdıq.
Qeyd edək ki, bu günə komandanın 2 məşqi nəzərdə tutulub.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər