Topaz Premyer Liqasının XIII turunda "Sumqayıt" ilə qarşılaşdıqdan sonra "Rəvan"ın futbolçularına istirahət verildiyini xəbər vermişdik. Fanat.az xəbər verir ki, 4 günlük istirahət başa çatıb və futbolçular yenidən hazırlığa başlayıb.
Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında məşqləri bərpa edən "aslanlar" Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da çalışır. Gündə 2 dəfə məşqə çıxan futbolçular səhər fiziki, axşam isə taktiki-texniki yöndə hazırlıq keçir.
Məşqlərdə 2 zədəli futbolçu - Tofiq Mikayılov və Elvin Həsənəliyev, o cümlədən dizindəki zədəni sağaltmaqla məşğul olan Kristian Torres iştirak etməyib. Amma sonuncunun "Qarabağ"la oyuna qədər sıraya dönəcəyini də qeyd edək.
Fanat.az