"Rəvan” hazırlıqlarını davam etdirir

"Rəvan” hazırlıqlarını davam etdirir
"Rəvan” yeni mövsümə hazırlıqlarını davam etdirir. Komanda şənbə günü "Qaradağ Lökbatan”la oynadıqdan (1:1) sonra futbolçulara 1 günlük istirahət verilmişdi. Bu gün isə bərpaedici məşq oldu.
Günün tək məşqi "Bayıl stadionu”nda keçirildi. Baş məşqçi Ramil Əliyev yetirmələrinin əsasən toplu çalışmalar üzərində işləməsini məqsədəuyğun saydığından təxminən saat yarım davam edən hazırlıq praktiki olaraq topla oldu.
"Rəvan” sabahdan intensiv məşq qrafikinə keçəcək. Gündə 2 dəfə hazırlıq keçəcək komanda həftəsonu növbəti yoxlama oyununu keçirəcək. İyulun 13-də baş tutacaq görüşdə rəqib AZAL olacaq. "Bayıl Arena”da oynanılacaq matçın başlama saatı hələ dəqiqləşməyib.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər