"Rabitə" Natalya Məmmədovanı əliboş yola saldı

"Rabitə" Natalya Məmmədovanı əliboş yola saldı
Qadınlardan ibarət "Rabitə" voleybol klubu Çempionlar Liqasında ilk oyununu keçirib. Fanat.az xəbər verir ki, Bakı təmsilçisinin rəqibi Rusiyanın "Omiçka" klubu olub.
Millimizin üzvü, "Rabitə"nin sabiq hücumçusu Natalya Məmmədovanın heyətində yer aldığı Rusiya klubu Bakıdan əliboş qayıdıb. Azərbaycan çempionu iki dəfə hesabda önə keçsə də, ruslar bərabərliyi təmin edib. Bu səbəbdən qalib tay-brekdə müəyyənləşib. Bu zaman 15:13 hesablı qələbə qazanan "Rabitə" matçı qalib başa vurub - 3:2.
Qeyd edək ki, "Rabitə"nin yer aldığı qrupun digər matçında “Dresdner” (Almaniya) “Beziers”ə (Fransa) 3:1 hesabı ilə qalib gəlib. 
Rabitə (Azərbaycan) - Omiçka (Rusiya) 3:2 (25:16; 20:25; 25:19; 23:25; 15:13)
Hakimlər: Yuri Bakunoviç (Belarus), Simone Santi (İtaliya).
Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər