Bu gün növbəti İstanbul derbisi baş tutub. Fanat.az xəbər verir ki, Super Liqanın XI turu çərçivəsində "Fənərbaxça" və "Qalatasaray" qarşılaşıb.
"Şükrü Saracoğlu" stadionunda baş tutan matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 23-cü dəqiqədə Aurelien Çedyu cərimə meydançası daxilində əllə oynayıb və penaltiyə səbəb olub. Topa yaxınlaşan "Qalatasaray"ın yetirməsi və sabiq üzvü Emre Belözoğlu hesabı açıb. 66-cı dəqiqədə Kristian Baroni fərqi iki topa çatdırıb. 90+1-ci dəqiqədə Mehmet Topal əllə oynayıb və "Fənərbaxça"nın qapısına penalti təyin edilib. Lakin Felipe Melonun zərbəsini Volkan Demirel dəf edib. Beləliklə, "Fənərbaxça" 2:0 şesablı qələbə qazanıb.
Qeyd edək ki, "Qalatasaray" artıq 14 ildi Kadıköydə əzəli rəqibinə qalib gələ bilmir. Bu həm "Fənərbaxça"nın baş məşqçisi Ersun Yanal, həm də "Qalatasaray"ın italyan çalışdırıcısı Roberto Mançini üçün ilk derbi olub.
Onu da qeyd edək ki, "Fənərbaxça" 11 turd90+1-ci dəqiqədə Mehmet Topal əllə oynayıb və "Fənərbaxça"nın qapısına penalti təyin olunub. Lakin Felipe Melonun zərbəsini Volkan Demirel dəf edib.an sonra 28 xalla (9 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət) turnir cədvəlinə başçılıq edir. "Qalatasaray" isə 19 xalla (5 qələbə, 4 heç-heçə, 2 məğlubiyyət) 5-ci pillədə qərardlaşıb.
Türkiyə
Super Liqa
X tur, 10 noyabr
Fənərbaxça - Qalatasaray 2:0
Qollar: Emre Belözoğlu, 23-pen. Kristian Baroni, 66.
Fənərbaxça: Volkan Demirel, Gökhan Gönül, Bruno Alves, Egemen Korkmaz, Caner Erkin, Mehmet Topal, Emre Belözoğlu (Salih Uçan, 70), Dirk Kuyt (Emmanuel Emenike, 46), Mussa Sov, Kristian Baroni, Pierre Vebo.
Ehtiyat oyunçular: Mert Günok, Bekir İrtegün, Selcuk Şahin, Hasan Ali Kaldırım, Mehmet Topuz.
Qalatasaray: Eray İşcan, Dani, Semih Kaya (Aydın Yılmaz, 85), Aurelien Çedyu, Emmanuel Ebue, Ceyhun Gülselam (Engin Baytar, 62), Selcuk İnan, Felipe Melo, Bruma (Umut Bulut, 72), Burak Yılmaz, Didye Droqba.
Ehtiyat oyunçular: Aykut Erçetin, Yekta Kurtuluş, Emre Çolak, Sabri Sarıoğlu.
Sarı vərəqələr: Egemen Korkmaz, 51. Caner Erkin, 70. Emmanuel Emenike, 70 - Aurelien Çedyu, 23. Sabri Sarıoğlu, 67. Burak Yılmaz, 84.
Hakimlər: Bülent Yıldırım, Ekrem Kan, Asım Yusuf Öz, Kemal Yılmaz.
"Şükrü Saracoğlu" stadionu. Saat 21.00.
| 1 | 10 | 8 | 1 | 1 | 24-11 | 25 | |
| 2 | 11 | 8 | 0 | 3 | 25-13 | 24 | |
| 3 | 11 | 7 | 1 | 3 | 22-13 | 22 | |
| 4 | 11 | 6 | 3 | 2 | 18-10 | 21 | |
| 5 | 10 | 5 | 4 | 1 | 17-10 | 19 | |
| 6 | 11 | 6 | 1 | 4 | 16-9 | 19 | |
| 7 | 11 | 5 | 2 | 4 | 14-12 | 17 | |
| 8 | 11 | 4 | 3 | 4 | 13-12 | 15 | |
| 9 | 11 | 4 | 3 | 4 | 15-15 | 15 | |
| 10 | 11 | 3 | 5 | 3 | 11-11 | 14 | |
| 11 | 11 | 4 | 2 | 5 | 11-14 | 14 | |
| 12 | 11 | 4 | 1 | 6 | 12-13 | 13 | |
| 13 | 11 | 3 | 4 | 4 | 9-11 | 13 | |
| 14 | 11 | 4 | 1 | 6 | 12-16 | 13 | |
| 15 | 11 | 2 | 3 | 6 | 7-15 | 9 | |
| 16 | 11 | 2 | 2 | 7 | 11-24 | 8 | |
| 17 | 11 | 2 | 1 | 8 | 11-27 | 7 | |
| 18 | 11 | 1 | 3 | 7 | 9-21 | 6 |
Fanat.az