Millinin Şimali İrlandiya və Rusiyaya qarşı keçirdiyi oyunlarla səbəbindən daxili çempionatda yaranan fasilədən yararlanaraq, vətəni İsveçə gedən Sebastiyan Telyo hələ də geri dönməyib.Övladı dünyaya gəldiyinə görə vətənində qalan Sebastiyan bununla bağlı kluba heç bir məlumat verməyib.Müqavilə şərtlərinə zidd hərəkət edən yarımmüdafiəçinin Azərbaycana nə vaxt qayıdacağı bilinmir. Bütün bunları nəzərə alan “Rəvan” klubunun rəhbərliyi intizamsız futbolçunu cəzalandıracaq. Oyunçu qısa müddətdə qayıtmasa, onunla müqavilənin pozulması qaçılmaz olacaq.
Fanat.az