"Play-off"çular səbətələrə bölündü

"Play-off"çular səbətələrə bölündü
DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasında keçiriləcək play-off mərhələsinə vəsiqə qazanan komandalar səbətlərə bölünüb. Fanat.az xəbər verir ki, 8 komanda iki səbətə ayrılıb.
"Səpələnmişlər" səbətində FİFA-nın dünən açıqladığı reytinq cədvəlində 14-cü olan millimizlə eyni qrupda mübarizə aparmış Portuqaliya, Yunanıstan (158), Xorvatiya (18) və  Ukrayna (20) yer alıb.
"Səpələnməmişlər" səbətinə isə 1998-ci ilin dünya çempionu Fransa (21), İsveç (25), Rumıniya (29) və İslandiya (46) düşüb.
Qeyd edək ki, Braziliyaya 4 vəsiqənin taleyini müəyyənləşdirəcək play-off oyunları noyabrın 15-i və 19-da keçiriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər