"Onu doğma atam qədər sevirəm" - DUYĞUSAL JEST

"Onu doğma atam qədər sevirəm" - DUYĞUSAL JEST

London “Arsenal”ının yarımmüdafiəçisi Mesut Özil dünən “Çelsi” ilə baş tutan Liqa Kuboku oyunundan sonra öz futbolkasını Joze Mourinyoya verib. Fanat.az xəbər verir ki, son yarım saatda meydanda olan Mesut final fitinin ardından rəqib komandanın çalışdırıcısına yaxınlaşaraq onu qucaqlayıb və formasını təqdim edib.

Almaniya yığmasının türk futbolçusu bunları deyib: “Futbolkamı Mourinyoya ona görə verdim ki, o, dünyanın ən yaxşı məşqçisidi. Don Jozeni doğma atam qədər sevirəm”.

 

Xatırladaq ki, “Arsenal” öz meydanında “zadəganlar”a 0:2 hesabıyla uduzaraq turniri tərk edib.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər