"Onlar yalnız təcrübə baxımından rəqibdən geri qalırdı"

"Onlar yalnız təcrübə baxımından rəqibdən geri qalırdı"

“Neftçi” PFK-nın baş məşqçisi Böyükağa Hacıyev “Energi Kotbus”la yoxlama matçından sonra klubun rəsmi saytına danışıb:

 “Hazırlıq çərçivəsində üçüncü yoxlama matçını keçirdik. Almaniya klubu ilə oyunumuz maraqlı alındı. Fiziki yükləmələrin fonunda futbolçuların davamlılıq göstəricilərini yoxladıq. Adətən belə məşqlərdən sonra futbolçularda müəyyən yorğunluq nəzərə çarpır ki, bu da normal haldı. Fasilədən sonra isə heyətin böyük əksəriyyətini dəyişdik. Təcrübəli rəqiblə qarşılaşmada Elşən Abdullayev, Nicat Qurbanov, Slavik Alxasov, Məqsəd İsayev  kimi gənclərə şans verdik. Düşünürəm ki, onlar yalnız təcrübə baxımından rəqibdən geri qalırdı. İkinci hissədə komandaya yeni qoşulan hücumçu Melvin Platyeni də meydana buraxdıq. Hiss olunur ki, futbolçu komandaya uyğunlaşma prosesini keçir. İnanıram ki, “Skenderbeu” ilə keçirəcəyimiz matça kimi komanda tam hazır olacaq”.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər