"Neftçala"nın prezidenti hakimi söydü

"Neftçala"nın prezidenti hakimi söydü
I divizionun "Qaradağ" - "Neftçala" oyununda qonaq komanda baş hakim Orxan Məmmədovun idarəçiliyindən narazı qalıb. Fanat.az xəbər verir ki, neftçalalılar hakimə sərt şəkildə etiraz ediblər.
Hətta "Neftçala"nın prezidenti Məmmədovu ağır söyüşlərə "qonaq edib". Deyilənə görə, qonaq komandanın rəsmilərindən biri hakimə fiziki güc tətbiq etməyə çalışıb. Lakin mühafizəçilər və polislər buna imkan verməyib.
Qeyd edək ki, "Qaradağ" - "Neftçala" oyunu 1:1 hesabı ilə başa çatıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər