“Ötən mövsüm Azərbaycan kubokunun final matçında yaşananlar hər birimizin yadındadı. Bu matçdan sonra qərara gəldik ki, mühafizəçilərin müdaxiləsinin qarşısı alınmalıdı”. Fanat.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti ramin Musayev deyib.
Qurum rəhbəri buna görə komandaya texniki məğlubiyyət verəcəyini bildirib: “Bundan sonra futbolçuların, məşqçilərin hakimlərin olduğu yerdə heç bir klub mühafizəçisi ola bilməz. Olarsa, həmin kluba 0-3 hesablı texniki məğlubiyyət veriləcək. Bu bənd artıq əsasnaməmizə əlavə edilib. Jurnalistlərin işini görməsinə heç kim müdaxilə edə bilməz. Onların sərbəst şəkildə öz işini görməsinə şərait yaradılacaq. Bundan sonra heç bir jurnalistə qarşı hörmətsizlik edilə bilməz”.
İdman24.az