"Meydanda kişilər uşaqlara qarşı oynayırdı"

"Meydanda kişilər uşaqlara qarşı oynayırdı"

“Fikrimcə, hesab oyuna görə oldu. Axı meydanda kişilər uşaqlara qarşı oynayırdı”. Fanat.az xəbər verir ki, bu sözləri “Böyük oyun”dan sonra düzənlənən mətbuat konfransında əzəli rəqibinə 1:4 hesabıyla uduzan Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.

Uelsli mütəxəssis əlavə edib: “ Bilmirəm, epizodların birində Zohair özü vurmaq əvəzinə niyə pas verdi. “Neftçi”nin ilk qolu oyundankənar vəziyyətdən vurduğunu eşitdik. Ancaq belə oyunla biz birinci diviziona necə düşməməyin yolllarını axtarmalıyıq. Hərçənd məqsədimiz avrokuboklara qatılmaqdı. Niyə belə bərbad oynadığımızı deyə bilmərəm. Bunu uşaqlardan soruşmaq lazımdı”. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər