"Məscidə telefon fırlatmağa gedirəm" - XƏYALLARIN QANADINDA

"Məscidə telefon fırlatmağa gedirəm" - XƏYALLARIN QANADINDA

İmkan tapan kimi çayxanada əyləşib dərdləşən futbol azarkeşlərinin dialoqunu Fanat.az sizə çatdırmağı özünə borc bilir. Bu gün səhər iki dost yenə bir yerdə idi.

- Qaqa, dedimmi, burda oturmayaq...

- Niyə?

- Çaydan dəmir dadı gəlir...

- Sən də qoca kişilər kimi deyinməkdən ötrü ölürsən də. 

- Pis dad gəlmir sənə?

-  Yox, sən öl. Yəqin soyuqlamısan.

- Bekarçılıqdı, lətifədən zaddan danış.

- Deməli, bir dəfə bir kişi bir arvadın yanına gedir. Qəfildən arvadın əri gəlir, başlayır qapını döyməyə...

 - Kişi qaçıb girir şifonyerin içinə, eləmi?

- Nə bildin?

- 16...

- Nə?

- 16-cı dəfədi danışırsan.

- Dünən millinin oyununa baxdın?

- Baxmadım, amma bilirəm ki, bizimkilər uddular.

- Dəlisən nə udmaq, Estoniya uddu axı.

- Qardaşım 8 manat uddu, onu deyirəm. Taymına qələbə atmışdı.

- Qaqa, bu Foqtsu niyə buraxmırlar çıxıb getsin?

- Sən öl, kişidən əl çəkmirlər. Deyirlər fasilədə estonların baş məşqçisinə yalvarıb ki, 2 top vursunlar. Oyundan sonra AFFA-nın baş katibi Elxan Məmmədov fırıldağın üstünü açıb. Foqtsu qırağa çəkib, başa salıb ki, qoca kişisən, indi də “detskiy variant”la aradan çıxmaq istəyirsən? Sonra da kövrəlib...

- Məmmədov?

- Yox, Foqts...  Başlayıb zülüm-zülüm ağlamağa...   “Elxançik, umolyayu, otpustite menya” deyə-deyə göz yaşı töküb.

- Ə, sən də yalandan basıb-bağlama. Foqts rusdu?

- Rus olmasa da, müəllimin ürəyini yumşaltmaq üçün əzbərləyib də...

- Nağayrsın ə, yazıq? Kişi öz diliylə 50 yerdən təklif aldığını deyir, yapışıblar zəli kimi yaxasından.

- Mən onun yerinə olsam, ayın 19-da Qırğızıstana 0:5 məğlub olaram, əl çəkərlər.

- Qırğızlar qol vura bilmirlər. Qapını boş qoyub qaçsalar da, əmələ gəlməyəcək. Ağlada-ağlada dekabrda ikillik müqaviləni yükləsinlər belinə, sən də bax.

- U-21-in baş məşqçisi Lippi də aradan çıxmaq istəyir. Qoymurlar. Hamburqda məktəb var, ora idman müəllimi düzələcək. AFFA-dakılara 6 aydı yalvarır.

- Lippi yox e, Lippert.

- Hə də, o qıvrımsaç...  

- Nə isə, qaqa, dur gedək, namazın vaxtıdı.

- Sən dünən zoğal arağı vurmurdun,ə? Nə namaz?

- Qulağını bəri gətir...

- Hə, nədi?

- Namaz qılmıram, məscidə telefon fırlatmağa gedirəm.

- Hansı məscidə?

- Futbolçuların tez-tez gəldiyi...

 

  Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər