"Mən Bekhemdən yaraşıqlıyam" - MÜSAHİBƏ

"Mən Bekhemdən yaraşıqlıyam" - MÜSAHİBƏ
Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Roberto Karlos "Hürriyet" qəzetinin şəxsi həyatı ilə bağlı suallarını cavablandırıb.
- Türkiyə və Braziliya arasında hansı oxşarlıqlar var?
- Çox oxşarlıqlar var. Amma braziliyalılar digər xalqlardan fərqlənir.
- Ən yaxşı futbolçular, ən gözəl qadınlar və ən gülərüz insanlar Braziliyadan çıxır. Budu fərqiniz?
- Braziliyada həyata dair hər şeydən bir parça tapa bilərsiniz. Gülərüz olmaq mədəniyyətimizin bir hissəsidi. Biz ən çətin anlarımızda belə həyata təbəssümlə baxmağı bacarırıq. Futbola gəlincə, Braziliyada həm kişilər, həm qadınlar bu idman növünü sevir. Doğuşdan futbola bağlandıqları üçün bizdə yaxşı futbolçular yetişir. Qadınlar məsələsində isə onu deyə bilərəm ki, sadəcə Braziliyada yox, bütün dünyada gözəl qadınlar var.
- Braziliyada fizyoterapist olan Marianaa ilə 6 il əvvəl evlənmişdiniz. Evliliyiniz davam edir?
- Hə, davam edir. Bir qızımız oldu. Adı da Manuelladı.
- Mariana sənin üçün sevgidə son dayanacaqdı?
- O, mənim üçün son dayanacaq olacaq.
- Neçə dəfə evlənmisən?
- İki dəfə. İlk dəfə 1995-ci ildə evlənmişdim və 5 il birlikdə yaşamışıq. 6 ildi isə Mariana ilə evliyik.
- Amma ortada 5 ana var. Digər uşaqlar qeyri-rəsmi nigahın nəticəsidi?
- Hə. Amma onlar subay olduğum zaman dünyaya gəlib.
- Bu qədər qadın sizdə nə görüb?
- Televiziyada tez-tez görünməyimin, məhşurluğumun və ayaqlarımın buna təsiri ola bilər.
- Yəni əfsanə olan "qadın baldırların" qadınların diqqətini çəkir?
- Fikrimcə, bəyənirlər.
- Özünü Devid Bekhemdən yaraşıqlı hesab edirsən?
- Hə. Nə qədər özümü bəyənmədiyimi desəm də, Devidlə müqayisə etsəniz, özümü daha yaraşıqlı sayaram.
- Bundan Bekhemin xəbəri var?
- Bir dəfə dedim. Az qala gülməkdən öləcəkdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər