"Real"ın 64 dəqiqə azlıqda oynamasına rəğmən "Qalatasaray"a 4:1 hesabı ilə qalib gəlməsi Nihat Kahveçini özündən çıxarıb. Fanat.az xəbər verir ki, "Beşiktaş"ın və Türkiyə millisinin sabiq üzvü Roberto Mançinini sərt şəkildə tənqid edib:
Kahveçi "Twitter" hesabında bu mesajı paylaşıb: "Mançini məşqçidisə, mən Mourinyoyam. Qos-qoca "Qalatasaray"ı necə bu hala gətirdi".
Fanat.az