"Maksimi məcburiyyətdən dayaq yarımmüdafiəçisi kimi oynatdım"

"Maksimi məcburiyyətdən dayaq yarımmüdafiəçisi kimi oynatdım"
"Estoniya yığmasını qələbə münasibəti ilə təbrik edirəm. Rəqib daha istəkli idi. "Rəqib iki səhvimizdən yaxşı yararlandı. Estoniyanın 14 futbolçusu hazırda legioner həyatı yaşayır". Fanat.az xəbər verir ki, bu sözləri Estoniya ilə oyundan sonra yığmamızın baş məşqçisi Berti Foqts deyib.
Alman çalışdırıcı yığmamızın oyunundan narazı qalıb: "Birinci hissədə razı qaldığım bəzi məqamlar oldu. Amma ümumilikdə oyundan razı qala bilmərəm. Maksim Medvedevi məcburiyyətdən dayaq yarımmüdafiəçisi kimi oynatdım. O, sağ cinah müdafiəçisi kimi daha yaxşıdı. Amma gələcək üçün sınaqdan keçirməliyik. Əgər hansısa futbolçular belə oyunlarda 80 faiz güc qoymaqla da uğur qazanmağın mümkünlüyünü düşünürsə, yanılır".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər