"İqtisadçı"dan çətin zəfər

"İqtisadçı"dan çətin zəfər

Super Liqanın gümüş mükafatçısı “İqtisadçı” bu gün Çempionlar Liqasında növbəti görüşünü keçirib. Fanat.az xəbər verir ki, təmsilçimiz ilk ev oyununda Moskva “Dinamo”sunu qəbul edib.

 

 Voleybol Mərkəzində gerçəkləşən oyun yetərincə dramatik alınıb.Görüşün yekun nəticəsini nəfəsləri kəsən tay-brek müəyyənləşdirib. Nəticədə 15-13 hesabına sevinən Bülənt Karşıoğlunun komandası B qrupunun vahid liderinə çevrilib.

 

Xatırladaq ki, ÇL-in debütantı olan “tələbələr” ilk matçını səfərdə “Srvena Zvezda”ya qarşı keçirmiş və serblərə heç bir şans verməmişdi.

 

B qrupu

“İqtisadçı” – “Dinamo” (Moskva, Rusiya) - 3:2 (23:25; 25:21; 19:25; 25:23; 15:13)

 Hakimlər: Şlomo Brutman (İsrail), Nurper Özbar (Türkiyə)

 Bakı, Voleybol Mərkəzi

 

İqtisadçı           2          2          0          6-2      182-161          5

Dinamo            2          1          1          5-4      207-197          4

Pyaçentsa        1          0          1          1-3      90-100            0

Srvena Zv.        1          0          1          0-3      54-75              0

Fanat.az

 

 

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər