"Pekin olimpiadası zamanı Çində qızlar üstümə atılırdı. İstədiyim qızla yatağa girə bilirdim. Bir gecə klubuna gedirdim, istədiyim qızı seçib otağıma aparırdım". Fanat.az xəbər verir ki, bu sözləri yamaykalı atlet Usayn Bolt deyib.
Dünyanın ən sürətli adamı Pekin-2008-də böaşqa qadınlarla münasibətləri barədə hazırda da bir yerdə olduğu sevgilisi Mizicann Evansa bir söz demədiyini bildirib: "Yatdığım qızlarla bağlı Mizziyə bir söz demirdim. O da bir şey soruşmurdu. Amma bir dəfə məni başqası ilə tutdu və ayrıldıq".
Bolt Çin mətbəxinə alışa bilmədiyini deyib: "Çox qəribə yeməkləri var. Yeyə bilmirdim. Hər gün "McDonalds"a gedib "McNuggets" yeyirdim. Çində olduğum müddətdə 1000 "McNuggets" yemişdim. Hər gün ən azı 100-ünü yeyirdim".
Fanat.az