"Hədəfimiz qələbədi"

"Hədəfimiz qələbədi"

 

“Düşərgədə ürəkaçan ab-hava hökm sürür. Estonlarla oyuna həvəslə hazırlaşırıq. Yalnız bu görüşdən sonra qırğızlarla oyun barədə danışmaq olar”. Bu sözləri Fanat.az-a açıqlamasında millinin qapıçısı Fərhad Vəliyev deyib.

 

Vəliyev uzun müddətdən sonra yenidən çağırıldığı millinin qarşıdakı oyunlara qələbə üçün çıxacağını deyib: “Yığmaya yenidən çağırıldığım üçün şadam. Forma şansı qazansam, qarşıdakı oyunlarda qələbə qazanmağımız üçün əlimdən gələni edəcəm. Düzdü, zədədlilər var və bu istənilən halda üzücü məqamdı. Ancaq sabahkı oyunda hədəfimiz qələbədi. Estoniya səviyyəli rəqibdi. Fiziki cəhətdən güclü, döyüşkən komandadı. Lakin məqsəd bu komandanı rəqib meydanında yenib Bişkekə ruh yüksəkliyi ilə yollanmaqdı. Yoldaşlıq oyunlarında qazanılan qələbələr özünəinamı artırır ki, futbolda dab u çox önəmli məsələdi”.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər