“Hakim 2 penaltimizi vermədi. Bu çox acı reallıqdı” Bu sözləri son “El Klasikoda” səfərdə “Barselona”ya 1:2 hesabıyla uduzan Madrid “Real”ının müdafiəçisi Serxio Ramos deyib. Fanat.az xəbər verir ki, arxa xətt oyunçusu yenilgiyə görə ədalət təmsilçisini günahlandırıb: “Meydanda hər şey mübarizəylə həll olunmur ki… Referi amili çox şey deməkdi. Onunla mübarizə aparmaq olmur”.
Ramosun braziliyalı komanda yoldaşı Marselo da oxşar fikirlər səsləndirib: “Hakim oyunun öhdəsindən gəlmədi. İki təmiz penaltimizi vermədiyini hamı gördü. “Nou Kamp”da belə şeylər olur”.
Fanat.az